Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün”


Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün”

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə növbəti tövsiyələrini bölüşüb. Paralel.az-ın məlumatına görə, rektor aşağıdakıları bildirib:

 
1. Müəllimlərinizi sevin, tövsiyələrinə əməl edin

2. Hər zaman yanınızda kitab və qeyd dəftəri gəzdirin 

3. Tələbəlik illərindən evinizdə kitabxanada yaradın

4. Daima üzərinizdə işləyin, çatışmayan cəhətlərinizi aradan qaldırın 

5. Ünsiyyət və nitq bacarıqlarınızı inkişaf etdirin

6. Düşüncə və təhlil qabiliyyətinizi gücləndirin 

7. Tənqidə açıq olun. Tənqid sizi inkişaf etdirəcək.

8. Hər gün bir səhifə olsa belə mütləq bədii ədəbiyyat oxuyun 

9. Əlinizdə olan imkan və şəraitdən maksimum yararlanın 

10. Hər işi öz zamanında görüb-bitirməyə çalışın

0.060479879379272