Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI


Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.

 

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Paralel.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti proqnozlaşdırlır.

 

0.30673694610596