İlin ən yaxşı Ümumitəhsil müəssisəsi

İlin ən yaxşı Ümumitəhsil müəssisəsi

Şirvan 20 saylı məktəb bu adı şərəflə daşıyır

 Son illər ölkəmizdə təhsilə, yetişməkdə olan gənc nəslin təlim- tərbiyəsinə göstərilən diqqət və qayğı Şirvan şəhər 20 saylı məktəbdən də yan keçməyib.

30 ildən artıq müddətdir ki, fəaliyyət göstərən məktəbin maddi - texniki bazası və müəllim kontinqenti imkan verir ki, burada şagirdlər yüksək səviyyədə biliklərə yiyələnsinlər.

Qeyd edək ki, Şirvan şəhər 20 nömrəli tam orta məktəb 1987-ci ildən fəaliyyət göstərir. Məktəb 1992-ci il iyun ayının 9-da Füzuli rayonunda Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş M.Osmanovun adını daşıyır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə məktəbə "İlin ən yaxşı Ümumitəhsil müəssisəsi" adı verilib. Bu da heç şübhəsiz ki, məktəbin müəllim kollektivinin həm də direktorun şagirlərə münasibətinin, eləcə də tədirs-təlim və nizam -intizma formalarının düzgün seçilməsinin nəticəsidir. Məktəbdə səmərəli və nümunəvi təhsil sisteminin yaradılması istiqamətindəki fəaliyyətinə görə, məktəbin direktoru Əyyub Yahya oğlu Allahverdiyev prezidentin sərəncamı ilə  "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 Şirvan 20 saylı məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə yanışı, həm də  mütəmadi olaraq şagirlər üçün hərbi vətənpərvərlik mövzusunda tədbirlər keçirilir. Bu tədbirlərə misal olaraq Qanlı Yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımına həsr edilən tədbirləri göstərmək olar. Məktəbdə həmçinin Azərbaycan ordusunun Aprel döyüşlərində qazandığı qələbəyə həsr edilən ədəbi - bədii gecə keçirilib. Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olan Murad Mirzəyevin valideynləri və yaxınları tədbirə dəvət olunublar və onlarla görüş təşkil olunub.

Məktəbin uğurlanıdan biri də odur ki, yüksək bal toplayıb, ali məktəbə qəbul olan şagirdlərin sayı ildən ilə artır. 2017-2018-ci tədris ilində ali məktəbə sənəd təqdim edən 65  məzundan 38 nəfəri yüksək balla ali məktəblərə qəbul olunub.

 Artıq 3 ildir ki, şəhər ümumtəhsil məktəbləri arasında keçirilən 7-ci siniflər arasında futbol idman növünün inkişafına həsr edilən "Coca Cola" yarışmasında 1-ci yeri tutur. Məktəbin şagirdləri həm də şahmət oyunlarına maraq göstərir, artıq bu sahədə də müəyyən uğurlar əldə edə biliblər.

 Məktəbdə həmçinin əsrin bəlası olan narkomaniyaya qarşı da tədbirlər keçirilir. "Narkomaniya və onun fəsadları" mövzusunda keçirilən tədbirə şəhər İcra hakimiyyətindən, şəhər polis və təhsil şöbəsindən, eləcə də şəhər poliklinikasından nümayəndələr dəvət olunurlar.

Görülən bütün bu işlər məktəbdə şagirlərin yüksək səviyyədə təhsil almalarına imkan verir.

0.058759927749634