Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır

Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır

Ermənistan hakimiyyəti sülh mesajları ilə çıxış etsə də, reallıqda işğal akıtndakı Qarabağ torplaqlarında süni məskunlaşdırma və infrastrukturun yaradılması prosesinə fasilə verilmir.

 

Paralel.az xəbər verir ki, aprelin 17-də Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə “Hayastan” ümumerməni fondu arasında Ermənistanın Qafan rayonundan Azərbaycanın işğal altındakı Hadrut rayonuna qədər yolun tikintisi müzakirə olunub.

Qafan-Hadrut yolun tikintisində məqsəd asfalt yolun keçəcəyi Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının Arazboyu ərazilərində yaşayış məntəqələri yaratmaq və münbit torpaqlarda kənd təsərrüfatını inkişaf etdirməkdir.

 

Yolun 2022-ci ilə qədər istifadə verilməsi nəzərdə tutulur. Ermənistan rəhbərliyinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənarda yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazisində son illər ciddi məskunlaşıdırma siyasəti apardığı və beləliklə, Yerevanın Qarabağ iştahının artdığını demək olar.

 

 

0.065284013748169