ABŞ Paşinyanla razılaşıb: Qarabağın həlli... - Trofimçuk

Qarabağ problemi Ağ Evdə heç vaxt unudulmayıb.

Bu sözləri Axar.az-a rusiyalı ekspert Qriqori Trofimçuk rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda təklifini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-da bu münaqişəyə yalnız ATƏT-in Minsk Qrupunun həmsədri Endryu Şoferin formal işi çərçivəsində baxılmır:

 

 “Mən uzun müddətdir deyirəm ki, ABŞ Qarabağın statusu ilə bağlı birbaşa məşğul olmaq istəyir. Hələ İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən öncə ABŞ ərazisində Qarabağ görüşünün keçirilməsi planlaşdırılırdı. Ancaq Avstriya, məncə, Moskvanı boşuna əsəbləşdirməmək üçün seçildi. Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün ABŞ ərazisində keçirilməsi çox böyük siqnal olardı.

Bundan sonra Moskva tərəflərə münaqişənin həllində rolunu xatırlatmaq üçün Rusiya, Azərbaycan və Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri səviyyəsində dərhal görüş keçirdi. İndi də ABŞ nazirlər səviyyəsində görüş təklif edərək, öz varlığını vurğulayır”.

Politoloqun fikrincə, bununla da ABŞ Rusiyaya Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu göstərir:

“Ələlxüsus da erməni tərəfini təmsil edən kəsin Sərkisyan deyil, ilk gündən Qarabağ məsələsinə diqqət ayıran Paşinyan olduğu bir zamanda... Həm də Paşinyanın danışıqlar başladıqdan sonra dəyişən bəyanatlarına nə Şofer, nə də Vaşinqton diqqət yetirir. Beləliklə, bu məsələ ilə bağlı İrəvan və Vaşinqton arasında bəzi razılaşmaların mövcud olduğunu düşünürəm”.

 

0.089653015136719