“Barselona”  yarımfinalda,  “Ayaks”dan növbəti surpriz

“Barselona”  yarımfinalda,  “Ayaks”dan növbəti surpriz

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Modern.az xəbər verir ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib. Bunlar İspaniya "Barselona"sı ilə Hollandiya "Ayaks"ıdır. Belə ki, "Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşıb. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar evdə də rəqibini məğlub edərək, yarımfinala yüksəlib. İspanlar bu mərhələdə "Portu" - "Liverpul" cütünün qalibi ilə üz-üzə gələcək.

 

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edirb Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə yaxın görünsə də, hollandlar növbəti sensasiyaya imza atıblar. Turində 2:1 hesablı qələbə qazanan "Ayaks" "Real"dan sonra "Yuventus"u da ÇL-dən kənarlaşdırıb. Amsterdam təmsilçisi yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.


0.12728595733643