Yerevanda atışma: qapıçı öldürüldü

Yerevanda atışma: qapıçı öldürüldü

Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.

Paralel.az Ermənistan mediasına istinadən xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.

 

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.

 

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.

 

Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.


0.066653966903687