Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fermerlərə  tinglərlə  bağlı “dərs” keçdilər

  17
13:05 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan regional müşavirədə Dövlət Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri və bölgə  fermerləri  iştirak edib.

 

Müşavirədə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, tinglik əkinlərə aqrotexniki qulluq, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, bölgə fermerləri burada innovativ metodlarla ting istehsalı və becərmə  texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar.

 

Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Tinglik əkinlərə aqrotexniki qulluq və tingçiliyin elmi əsaslarla inkişafı”, ”Tinglərin sertifikatlaşdırılmasının standartlara uyğun aparılması” mövzularında məruzə ilə çıxış edərək son zamanlar bu  sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, yeni innovativ texnologiyaların tətbiqinə, həmçinin toxumçuluğun və tingçiliyin inkişafına dövlət qayğısı göstərilir, bir çox sahələrdə güzəştlər tətbiq olunur. Məruzədə qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli tingə tələbatının daxili istehsal hesabına ödənilməsi olduğu qeyd edilib.

Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər, müasir avadanlıqlarla təchiz edilərək fermerlərin istifadəsinə verilib.

 

Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdirinin müavini Murtuzəli Hacıyev “Respublikada tingçiliyin inkişafında yeni innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr”, Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin direktoru Xanməmməd Məmmədov “Bölgədə ting istehsalının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında çıxış ediblər.

 

Qarşılıqlı müzakirələrlə keçən müşavirədən sonra tədbir iştirakçıları Quba Regional Aqrar Elm mərkəzinin və ting istehsalı ilə məşğul olan fermerlərin  tinglik sahələri ilə əyani tanış olublar.


Yazarlar

Top.Mail.Ru
HotLog