Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Səfir: “Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir”

  12
10:30 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

"Dünyada narkotiklərlə mübarizədə Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır. Azərbaycan bu istiqamətdə böyük rol oynayır. Ona görə də Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir".

 

Paralel.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çox bacarıqlı şəkildə İDEC-ə rəhbərlik edir: "Mən Azərbaycana cəmi 1 aydır gəlmişəm. Bu bir ay ərzində bir məsələnin şahidi olmuşam ki, Azərbaycan əhalisi qonaqpərvərdir. Hamımız narkotiklərlə mübarizənin mahiyyətini anlayırıq. Mən əminəm ki, biz birlikdə bu mübarizədə böyük uğurlara imza atacağıq".


Yazarlar

Top.Mail.Ru
HotLog