Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Neftçi” vacib oyunda xal itirdi

  14
20:35 14-04-2019
Şriftin ölçüsünü dəyiş  

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. Paralel.az "Report"a istinadən xəbər verir ki, həftənin son oyunu "ASCO Arena"da baş tutub.

 

Burada "Səbail" "Neftçi"ni qəbul edib.

 

Oyunda hesabı 50-ci dəqiqədə qonaqlar açıb. "Neftçi"nin heyətində Mirabdulla Abbasov fərqlənib. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylini yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub. Bundan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb. Lakin 90+5-ci dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub.

 

Final fitindən sonra hakimə iradını bildirən "Səbail"in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.

 

Bu heç-heçədən sonra xalını 35-ə çatdıran "Səbail" 3-cü pillədə qalıb. Çempionluq yolunda ciddi zərbə alan "Neftçi" isə 52 xalla 2-cidir. Lider "Qarabağ" 54 xala malikdir.

 

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sabah"ı 3, "Zirə" isə "Sumqayıt"ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən "Keşlə" - "Qəbələ" görüşündə qonaqlar qələbə qazanıb - 2:1.


Yazarlar

Top.Mail.Ru
HotLog