Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub

  14
15:35 26-03-2019
Şriftin ölçüsünü dəyiş  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində aparılan işlərin tərkib hissəsi kimi onların xarici dil biliklərinin artırılmasına da xüsusi önəm verilir.

Bu məqsədlə nazirlikdə ixtisaslaşmış təşkilat tərəfindən ingilis dilində müxtəlif səviyyələr üzrə üç aylıq kurslar təşkil olunub. Əməkdaşlar xarici dil biliklərini artırmaları üçün bu kurslara cəlb ediliblər. Üç qrup üzrə təşkil olunan kurslar peşəkar xarici dil mütəxəssisləri tərəfindən aparılır. Belə kursların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Müasir bilik və bacarıqlara, geniş dünyagörüşünə malik əməkdaşların xarici dillərə yiyələnmələri onların öz fəaliyyətlərini daha səmərəli qurmalarına, müvafiq sahədə beynəlxalq təcrübələri fəal şəkildə mənimsəmələrinə imkan yaradır.


Yazarlar

Top.Mail.Ru
HotLog