Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”

  14
15:10 26-03-2019
Şriftin ölçüsünü dəyiş  

Milli Dövlətçilik Partiyasınn sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvlüyündən uzaqlaşdırılıb. 

Musavat.com-un yaydığı məlumata görə, N.Pənahlı ilə bağlı bu addımın atılmasına onun "qeyri-səmimi davranışları"ı səbəb olub. Bildirilir ki, N.Pənahlı son vaxtlar AXCP sədri Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sözvdələşmələr içindəymiş və o, AXH rəhbərliyindən xəlvət bu cür proses aparırmış.

Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığndan, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.

Paralel.az məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib. O qeyd edib ki, Azərbaycan Xalq Hərəkatı adına uyğun fəaliyyət göstərmək istəyirsə, bütün siyasi bloklarla, partiyalarla əməkdaşlıq etməlidir:

“Əgər Nemət Pənahlı bu istiqamətdə iş aparıbsa, digər siyasilərlə, partiyalarla danışıbsa, əslində ona “çox sağol” demək lazımdır. Əksinə, AXH-nin əleyhinə addım atıbsa, fərqli tapşırıqları yerinə yetiribsə, təbii ki, ziyan vurduğuna görə təşkilatın nizamnaməsinə uyğun uzaqlaşdırma kimi tədbirlər görülə bilər. Yenə də Xalq Hərəkatı partiya deyil, Nemət Pənahlını sadəcə İdarə Heyətindən, rəhbərlikdən uzaqlaşdıra bilərlər. İstənilən halda xalqın nümayəndəsini heç kəs təşkilatdan çıxara bilməz”.

Nemət Pənahlının şəxsinə gəlincə, S. Cəlaloğlunun fikrincə, o, birmənalı dəyərləndiriləcək insan deyil:

“Nemət Pənahlının keçdiyi bütün yol hamımıza məlumdur. Tez-tez və mövqeyini dəyişən adamdır. Bir zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasında idi, sonra Heydər Əliyevin yanına keçdi. Daha sonra oradan da uzaqlaşıb, müxalifətdə təmsil olunmağa başladı. Onun ziqzaqvari hərəkətləri hamıya məlumdur. AXH kimi qarşısına ali məqsədlər qoymuş təşkilatın İdarə Heyətində belə şəxsilərin təmsil olunması yolverilməzdir. Mən düşünürəm ki, Nemət Pənahlıdan sonra üzvlərin bir çoxu da təşkilatdan uzaqlaşdırılacaq”.

Qeyd edək ki, bu il yanvarın 26-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı adlı qurum yaradılıb.  Qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev və digərləri var. 


Yazarlar

Top.Mail.Ru
HotLog