Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Edam günü” bədii filminin növbəti uğuru

  33
16:10 25-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Edam günü” tammetrajlı bədii filmi Los Ancelesdə keçirilən “Awareness Film Festival”da final mərhələsinə qədər yüksəlib.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq:

“Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbə ziddiyyətli kontekstdən baxaraq,  orijinal yanaşma təqdim etmişəm”.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə çalışmış işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

Qeyd edək ki, bu ekran əsəri son on ayda 15 beynəlxalq festivalın uğuru olub.


Yazarlar

Top.Mail.Ru
HotLog