Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

  23
15:20 25-03-2019
Şriftin ölçüsünü dəyiş  

Türkiyə Rusiya vətəndaşlarına xarici pasport olmadan, yalnız Rusiyanın şəxsiyyət vəsiqəsi ilə səfər etməsinə şərait yaratmaq istəyir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, martın 28-də Antalyada Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüşdə bu məsələnin müzakirəyə çıxarılacağı gözlənilir.

 

“Rusiya vətəndaşları ölkəmizə daxili pasportla səfər edə biləcək. Biz bu yolda danışıqlara başlamışıq”-deyə nazir deyib.

Anadolu agentliyi isə xarici pasportların qarşılıqlı şəkildə daxili pasportla əvəzlənməsinin müzakirə olunduğunu deyir.

 

Aprelin 8-də Moskvaya səfər edəcək Rəcəb Tayyip Ərdoğanın bu məsələni Rusiya lideri Vladimir Putinlə də müzakirə edəcəyi gözlənilir.  

 


Yazarlar

Top.Mail.Ru
HotLog