Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanla Kamboca arasında siyasi məsləhətləşmələr keçirildi

  13
23:35 14-03-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan və Kamboca arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Oç Borit rəhbərlik ediblər.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə ediblər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi aparıblar.

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.

 


Yazarlar

Top.Mail.Ru
HotLog