Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Beynəlxalq təşkilatlar QAT-ın mövqeyini qəbul etmirlər” - Akif Nağı

  15
17:10 14-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Qarabağ Azadlıq Təşkilatının mövqeyini beynəlxalq təşkilatların əksəriyyəti qəbul etmirlər”.

Bunu Paralel.az-a təşkilatın beynəlxalq qurumlarla əlaqələrindən danışarkən QAT sədri Akif Nağı söyləyib. O qeyd edib ki, təşkilat öz təşəbbüsü ilə ayrı-ayrı ölkələrlə əlaqələr qurmağa çalışır:

“2015-ci ildə Bakıda Beynəlxalq Qarabağ Forumu təsis olundu. Hazırda Forum fəaliyyətini davam etdirir. Türkiyə, İran, Rusiya, Gürcüstan, Azərbaycan QHT-ləri sözügedən forumda təmsil olunur. Ona görə, bir növ QHT-lər şəbəkəsi təsis etmişik deyə bilərəm.

Beynəlxalq Qarabağ Forumu vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırıq. Forumun Bakı ilə yanaşı, Türkiyədə, İranda və başqa dövlətlərdə də toplantıları keçirilir. Paralel olaraq, Azərbaycan diaspor təşkilatları, Avropa və Asiya ölkələrində fəaliyyət göstərən QHT-lərlə əlaqələr qurmağa çalışırıq”.

A. Nağı xüsusilə qeyd edib ki, əksər QHT-lər , o cümlədən QAT üçün başlıca problem maliyyə məsələləridir:

“Bu, hər zaman olduğu kimi aktualdır. Xarici ölkələrin birində konfrans keçirilirsə, təşkilat rəhbərlərinin orada iştirak etməsi, Qarabağı təbliğatı üçün maliyyə tələb olunur. Bu yaxınlarda Latın Amerikasında yaşayan dostlar təklif etdilər ki, orada Qarabağla, Xocalı faciəsi ilə bağlı geniş tədbirlər keçirək. Lakin bu yenə də maliyyə məsələsində dayandığına görə alınmadı. Ona görə, qeyd edirəm ki, maliyyə məsələsi əksər QHT-lərin başlıca problemi olaraq qalır”.

 


Yazarlar

Top.Mail.Ru
HotLog