Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

YAP sıralarına yeni qoşulmuş gənclərlə görüş keçirilib

  15
12:55 14-03-2019
Şriftin ölçüsünü dəyiş  

ADAU-nun Aqronomluq fakültəsində YAP sıralarına yeni üzv olmuş tələbə gənclərlə görüş keçirilib. 

Görüşü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə gəlməsindən sonra respublikanın inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını bildirib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olan Gəncə gəncləri də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib.

Tələbələrdən aqronolmuq ixtisasının III kurs tələbəsi Gülşən Nəbiyeva , torpaqşünaslıq və aqrokimya ixtisasının I kurs tələbəsi Hasil Səfərli çıxış edərək YAP-ın üzvü olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.

Sonda YAP sıralarına yeni üzv olmuş 180-nəfərdən çox tələbə gəncə partiya vəsiqələri təqdim edilib.


Yazarlar

Top.Mail.Ru
HotLog