Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qızını erməniyə ərə vermiş Ağadadaş Kərimov azərbaycanlılarla çeçenlərin görüşündən qovulub

  31
12:25 20-02-2019
Şriftin ölçüsünü dəyiş  

Dünən Moskva şəhərindəki "Prezident hotel"də keçirilən Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşündə iştirak etməyə gəlmiş Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov oradan qovulub. Bu, o Ağadadaş Kərimovdur ki, qızını erməniyə ərə verib.

Paralel.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov yayıb.


 “Qafqazinfo”nun məlumatına görə, A.Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb.

“Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”, -Fuad Abbasov bildirib.

Xatırladaq ki, dünənki görüşdə Azərbaycan tərəfindən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Çeçenistan tərəfindən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak edib.

 


Yazarlar

Top.Mail.Ru
HotLog