Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda xəstə çətin əməliyyata məruz qaldı  

  18
14:10 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri daha bir uğurlu əməliyyat icra ediblər. Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayevin Paralel.az-a dediyinə  görə, pasient şöbəyə müraciət etməmişdən öncə bir neçə mütəxəssislə görüşüb: “Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik”.

Azərbaycanda torakal cərrahiyyə sahəsində bir sıra ilklərin müəllifi olan A. Ağayevin qeyd etdiyinə görə, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib. Əməliyyatın üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşirdi. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

Torakal cərrahın sözlərinə görə, bəzən həkimlər bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər. Ancaq təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi Azərbaycanda da mümkündür.


Yazarlar

HotLog