Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Azərbaycanda çevik idarəetmə sisteminə keçid davam etdiriləcək” - Deputat

  17
13:20 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

2019-cu ilin əvvəlindən başlayaraq ölkə başçısı İlham Əliyev tərəfindən bir sıra xüsusi əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova Modern.az-a bir sıra xüsusi əhəmiyyət kəsb edən fərman və sərəncamların əhəmiyyətindən danışıb.

 

Deputat deyib ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb:

“Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik olan optimal idarəetmə tələb edir. Çünki məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxır. Struktur islahatları ilə bağlı ölkə başçısı tərəfindən atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Hesab edirəm ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

 

D.Cəbrayılova deyib ki, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir:

“Yanvarın 28- də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdu. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı olub. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir”

 

Dilarə Cəbrayılova qeyd edib ki, bu yaxınlarda minimum əmək haqqının artırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisədir:

“Bu sərəncam respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Onun sözlərinə görə, sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat  artırılaraq 130 manatdan 180 manata çatdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş, mərkəzində daim Azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib və bu uğurlu siyasət daima davam edəcək”.

 

Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  sosial-iqtisadi inkişafi və ictimai-siyasi sabitlik xarici ünsürlərin ölkəmizə yönəldilmiş təxribat kampaniyalarına layiqli cavabdır:

“Ölkəmiz uğurla inkişaf edir və bütün sahələr üzrə əldə etdiyimiz nailiyyətlərin sayı artır. Təbii ki, bu uğurlar bundan sonra da olacaq. Bu gün Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır. Xalqımız xarici ünsürlərin ölkəmiz haqqında dediyi ifadələrlə heç zaman razılaşmır və onu qətiyyətlə pisləyir”.


Yazarlar

HotLog