Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qəhrəmanlar unudulmur” BANM-da

  13
13:15 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

Bakı Ali Neft Məktəbi (BANM) və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur adlı tədbir keçirilib. BANM-ın Konqres zalında keçirilən tədbirdə millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində həmçinin 2016-cı il aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi olub.

Paralel.az xəbər verir ki, Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qonaqları salamlayaraq çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor qeyd edib ki, 2016-ci il aprel döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. “Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz onların yanında olmalıyıq” – deyə rektor Elmar Qasımov bildirib.

“Zəfər Şəhid Ailələrininə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edərək qeyd edib ki,  onun başçılıq etdiyi bu birlik bütün şəhid ailələrinin təşkilatıdır. O öz çıxışında zalda əyləşən bütün gəncləri şəhid ailələrinə mənəvi dəstək olmağa, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Qənirə Paşayeva və Vahid Əhmədov çıxış edib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirələrini ehtiramla yad ediblər.

Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev tədbir iştirakçıları qarşısında aprel döyüşlərində baş verən həyəcanlı anlardan, şəhid olmuş vətən oğullarının şücaətindən bəhs edib.

Şəhid ailələrinin timsalında çıxış edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova isə onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb.

Tədbir boyu BANM-ın tələbələri vətənpərvərlik ruhunda şerlər və musiqilər ifa edib. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə  milli qəhrəmanlar, vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.


Yazarlar

HotLog