Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Bu şəhərdə”yə Sumqayıtda qadağa qoyulub?

  13
12:00 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

“Bu şəhərdə”nin konsertinin Sumqayıtda keçirilməsinə qadağa qoyulub. Bu barədə “Bu şəhərdə” komandasının üzvləri məlumat yayıblar. Onların sözlərinə görə, mart ayında  konsertlərinin  keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə iki məktub ünvanlasalar da, məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilməyib.

Modern.az saytı məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev saytımıza açıqlamasında  konsertin baş tutacağını bildirib:

“Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niytətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi, yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib”.

Eyvaz Qocayevin sözlərinə görə, Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir.

“Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib”.

 


Yazarlar

HotLog