Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

CIA, Mossad və MI6 iranlı nüvə alimini oğurladı

  14
09:40 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

Amerika, İsrail və Britaniyanın xüsusi xidmət orqanları (CIA, Mossad və MI6) Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimi oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər.

 

Paralel.az saytının xəbərinə görə, bu haqda “Sunday Express” nəşrinin məlumatında bildirilib.

 

Məlumatda qeyd olunub ki, İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. O, Mossad-ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.

 

Nəşrin yazdığına görə, oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyib. Və onun qaçırılması əməliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.

 

Nəşr alimin qaçırılma mexanizmi barədə də yazıb. Qeyd olunub ki, əməliyyat əsasında dekabr ayında Mossad agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu MI6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər.

 

Daha sonra alimin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən ABŞ-a aparıldığı bildirilir.

 

Aparılmış “söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək.


Yazarlar

HotLog