Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gecə işi sağlamlığa təhlükədir

  13
00:35 11-02-2019
Şriftin ölçüsünü dəyiş  

Honkonq universitetinin alimləri müəyyən ediblər ki, yuxu çatışmazlığı və gecə saatlarında aktivlik DNA strukturunun zədələnməsinə səbəb olur. Paralel.az ölkə.az-a istinadən xəbər verir ki, alimlərin məsələ ilə bağlı geniş elmi məqaləsi "Anaesthesia" jurnalında dərc edilib.

 

Alimlərin təcrübəsinin nəticələrinə əsasən, gecə smenində işləmək DNA-ya mənfi təsir edir. Bu isə bəzi ciddi xroniki xəstəliklərin yaranma ehtimalını artırır. Belə ki, daim gecə smenində işləyən həkimlər qan analizi veriblər. Nəticələr üzə çıxarıb ki, gecə smenində işləyənlərin DNA pozulmasının səfiyyəsi gündüz işləyənlərinkinin səviyyəsindən yüksək olub.

 

Bir müddət əvvəl isə İspaniyanın Milli ürək-damar tədqiqat mərkəzinin alimləri qısa və dərin olmayan yuxunun ateroskleroz riskini artırdığını müəyyən ediblər.


Yazarlar

HotLog