Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Türkiyədə daha bir yaşayış bınasında uçma təhlükəsi

  19
22:15 10-02-2019
Şriftin ölçüsünü dəyiş  

Türkiyədə daha bir yaşayış bınası uçma təhlükəsi ilə üzləşib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Rizə şəhərinin Yeniköy məhəlləsində baş verib. Səkkizmərtəbəli binanın sakinləri təxliyə olunub.

 

Məlumata görə, 31 mənzilli binanın sakinləri otaqlarda qəflətən çatlama səsi eşidərək polisə müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, binanın əsas sütunlarında yaranan çatlar sürətlə genişlənir.

 

Hazırda sakinlərin tamamilə təxliyə olunduğu binada araşdırma işləri davam edir. Təhlükəsizlik məqsədilə binaya giriş-çıxış məhdudlaşdırılıb.


Yazarlar

HotLog