Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Direktor məktəblinin intiharı ilə bağlı danışdı: Davamiyyəti normal olub

  18
21:50 10-02-2019
Şriftin ölçüsünü dəyiş  

Məktəb direktoru fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intiharı ilə bağlı danışıb. Modern.az xəbər verir ki, intihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub: “Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qəsd edib”.

 

Qeyd edək ki, rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.


Yazarlar

HotLog