Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən  tədbirlər, artıq öz nəticəsini verməkdədir

  26
22:22 07-02-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan dövləti bəşəri birgəyaşayış mədəniyyətini təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də təbliği istiqamətində böyük layihələrə imza atır

              Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, multikultural və tolerant mühitin daha da möhkəmləndirilməsi istiqamətində gördükləri qlobal işlərin nəticəsidir ki, bu gün Azərbaycanda bu sahədə tam stabil mühit mövcuddur. Bunu ölkəmizdə səfərdə olan bir çox dövlət və din xadimləri də ediraf edirlər ki, Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvi dövlətdir və bu təcrübədən bütün sivil cəmiyyətlərin yararlanması, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi baxımından faydalı olardı.

 Dövlətimizin başçısı İlham Əliyevin dini icmalara göstərdiyi diqqət və qayğı, onların fəaliyyəti üçün geniş imkanların yaradılması, həm də dövlətimizin milli-mənəvi dəyərlərə yüksək münasibətinin bariz nümunəsidir.

Dünyanın bir çox yerlərində dini və milli zəmində gərginliklərin yaşandığı bir zamanda, ölkəmizdə bu sahədə sabitliyin qorunub saxlanılması, sözün həqiqi mənasında böyük siyasi iradənin nəticəsidir. Bu gün dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər də bu iradənin təzahürüdür. Bütövlükdə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi, ölkəmizdə dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə xidmət edir. Belə ki, respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirilən tədbirlər dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərir və bu sahədə stabilliyin qorunmasına zəmin yaradır.          -Eyni zamanda, ölkəmizdə baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin stimullaşdırılsması, eləcə də bölgələrdə fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərə də dövlət tərəfindən böyük dəstək verilir.

Azərbaycan dövləti, bununla yanaşı ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, qoruyub saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması istiqamətində də bir sıra əhəmiyyətli addımlar atır. Bu addımlar da heç şübhəsiz ki, ölkədə dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı və 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması da, dövlət başçımızın milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə diqqət və qayğısın bariz nümunəsidir.  

Prezident İlham Əliyevin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi İli" elan etməsi də, Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə böyük töhfə kimi qəbul etmək lazımdır. Bu səbəbdən də Mənəvi Dəyərlərin Təbliği Fondu "Nəsimi ili" çərçivəsində Tədbirlər Planı hazırlayıb və bu planda  Nəsimi ideyalarının təbliğinə xüsusi diqqət ayrılıb.

Çünki dahi şair -filosofun ideyalarının gənclər arasında təbliği onların müxtəlif radikal dini qruplaşmalara meyillərinin azalmasına, həmin qrupların təbliğatına uymamağa sövq edə bilər ki, bu da son nəticədə ölkəmizdə dini sabitliyin qorunmasına xidmət kimi qiymətləndirmək olar.

 Məlumdur ki, son illər respublikamızda dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək məqsədilə də, mühüm işlər görülür. Nəsimi ili də bu baxımdan ölkəmizdəki dini sabitliyə öz töhfəsini verəcək.

Onu da qeyd etmək lazımdır ki, respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində xüsusi xidmətləri olan və bu işin səmərəli təşkili üçün çalışın Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin (DQİDK) maarifləndirmə yolu ilə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə ölkəmizin bütün bölgələrində həyata keçirdiyi çoxsaylı tədbirlər, artıq öz

nəticəsini verməkdədir.

Dövlət Komitəsinin yanvarın 16-da keçirilən kollegiya iclasında qeyd olunub ki, təkcə keçən il ümumilikdə 600-ə yaxın belə tədbirlər keçirilib. İclasda hesabat məruzəsi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qeyd edib ki, ölkənin şəhər və rayonlarında "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda 13 regional konfrans, "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda 21 seminar-müşavirə və "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda 20 seminar-treninq təşkil olunub. Komitə sədri daha sonra əlavə edib ki, müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə 10, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə 69, Müdafiə Nazirliyi ilə 10, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 10, Dövlət Sərhəd Xidməti ilə 6, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə 33, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə 2, Təhsil Nazirliyi ilə 200-dən artıq birgə tədbirlər həyata keçirilib.

Mübariz Qurbanlı bildirib ki, rəhbərlik etdiyi qurum bu tədbirləri hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, eləcə də digər aidiyyəti dövlət qurumları, habelə Heydər Əliyev Fondu, Qafqaz Müsəlmanları İdarəsi və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq edərək həyata keçirib.

Bu da danılmaz faktdır ki, Azərbaycan dövləti multikulturalizm və tolerantlıq ənənələrini, milli və dini dözümlülüyü, bəşəri birgəyaşayış mədəniyyətini təkcə ölkəmizdə deyil, eyni zamanda beynəlxalq aləmdə də təbliği istiqamətində böyük layihələrə imza atır. Onu da diqqətinizə çatdıraq ki, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin, həqiqətlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə Dövlət Komitəsinin əməkdaşları İsrail, ABŞ, Rusiya, Pakistan, Bolqarıstan və Misir Ərəb Respublikasının nüfuzlu və geniş auditoriyaya malik informasiya portallarında məqalələr dərc edirlər.

Bu da ölkəmizdə mövcud olan dövlət -din münasibətlərinin, multikultural və tolerant mühitin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət Komitəsi dini məsələlərin tənzimlənməsi istiqamətindəki fəaliyyətində həm də Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkəmizdə vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, mərasimlərin milli adət-ənənələrə uyğun yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin, xüsusilə maarifləndirmə işinin keyfiyyətinin artmasına stimul verir.

Azərbaycanda dövlət-din münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsinin əsas səbəbi dövlətin dini icmalara göstərdiyi diqqət və qayğıdırsa, digər bir səbəbi də respublikamızda dini təhsilə göstərilən diqqətdir. Keçən il Dövlət başçımızın Sərəncamı ilə Azərbaycan İlahiyyət İnstitutunun yaradılması da, bunun bariz nümunəsidir. Çünki dövlət-din münasibətlərinin, multikulturalizmin və tolerintlığın qorunub inkişaf etdirilməsi, eləcə də dinlər və millətlərarası harmoniyanın yaradılması üçün savadlı dini kadrlara ehtiyac var və dövlətimiz bu məsələni də daim diqqətdə saxlayır. 

Bu baxımdan respubikamızda dini təhsillə bağlı vəziyyət, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin tənzimlənməsi, eləcə də müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində də mühüm işlər görülür.

 Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan İlahiyyət İnstitutunda ilkin olaraq bir fakültə və üç kafedra formalaşdırılıb. 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamət - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib. Bu gün İnstitutda bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır. İnstitut təkcə tədris işləri ilə deyil, eyni zamanda maarifləndirmə istiqamətində də mühüm işlər görür.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət -din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həm də Naxçıvan Muxtar Respublikasını tam əhatə edir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olması da, orada dövlət-din münasibətlərini, eləcə də multikultural və tolerant dəyərlərin yüksək səviyyədə qorunub inkişaf etdirildiyindən xəbər verir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Yazarlar

HotLog