Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Türkiyə ordusu daha 23 terrorçunu zərərsizləşdirib

  34
21:25 12-01-2019
Şriftin ölçüsünü dəyiş  

Türkiyənin Silahlı Qüvvələri 23 terrorçunu zərərsizləşdirib. Paralel.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin terrorçular ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək keçirilən əməliyyatlar zamanı məhv edilib.

Qeyd edilir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib. Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.


Yazarlar

Top.Mail.Ru
HotLog