Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kürdəmir sakinindən qanunsuz silah-sursat götürülüb

  11
15:50 12-01-2019
Şriftin ölçüsünü dəyiş  

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən Paralel.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

 

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfəngləri götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 


Yazarlar