Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İstirahət günlərinin HAVASI: Qar yağacaq

  16
18:00 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Paralel.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın  əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.

 

Yazarlar