Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Nəsimi İli”ndə Nəsiminin məzarı Azərbaycana gətiriləcək?

  87
15:25 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Ölkə başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

 

Paralel.az saytı bir neçə ziyalıdan 2019-cu ilin “Nəsimi ili” elan olunmasının əhəmiyyətinə münasibət öyrənib.

 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, şərqşünas alim Möhsün Nağısoylu 2019-cu il “Nəsimi ili”nin  əhəmiyyətindən danışarkən onun məzarının Azərbaycana gətirilməsindən də söz açıb.

 

“Cənab prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsini alqışlayıram. Çünki Nəsimi ədəbiyyatımızın ən böyük klassiklərindən biridir. Ədəbi dil tariximizi zənginləşdirən ən böyük söz ustadıdır.  Hətta Nəsimi ilə Füzulinin dilini müqayisə edərkən araşdırmaçılar Nəsiminin dilinə üstünlük veriblər. Nəsiminin şeirlərində dilimizin zənginliyi, ahəngdarlığı, axıcılığı  öz əksini tapıb. Bizim institut Nəsiminin adını daşıyır. Düşünürük ki,  bu il beynəlxalq konfrans keçirək. Həmçinin Nəsiminin bütün Divanının elektron sözlüyünü hazırlayacağıq. Nəsimi Divanının dilçilik baxımından tədqiqi aparılıb. Düşünürük ki, bu istiqamətdə araşdırmalarımızı davam etdirək. Şərqşünas olduğumdan, İslam adətinə görə, bir məzarın digər yerə köçürülməsi  o qədər də məqbul sayılmır. Digər tərəfdən bu dövlətlər arasında həll oluna bilən məsələdir”.

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev də Nəsiminin məzarının gətirilməsinin mümkün olmadığını söyləyib.

 

“2019-cu ilin “Nəsimi ili” elan olunması tariximizə, keçmişimizə, mənəvi dəyərlərimizə olan böyük qiymətdir. Ulu öndərimiz də həmişə şairlərə, yazıçılara qiymət verib. Bu, təsadüfi deyil. Məsələn, XIV əsrin əvvəllərində Azərbaycan dilinin hansı səviyyədə olduğunu kimin dilindən öyrənmişik?!

 

Təbii ki, Nəsiminin dili ilə. Bu, çox böyük işdir. Keçmişimizə olan qiymətdir. Əgər keçmişi unutsaq, gələcəyimiz unudular. Ona görə də bu çox böyük hadisədir. Prezidentimiz, ulu öndərimizin  qoyduğu kursu davam etdirir. Nəsimi adı altında Azərbaycan yenidən beynəlxalq aləmə çıxacaq. Nəsiminin məzarının gətirilmə ehtimalının olmasını soruşursunuz.

Nəsimini onsuz da orada ziyarət  edirlər. 600 ildir ki,  onun məzarını Suriyada göz bəbəyi kimi saxlayıblar. Tez-tez Füzulinin, Nəsiminin məzarının gətirilməsi barədə söhbətlər gedir. Füzuli ömründə İraqdan kənara çıxmayıb. Orada anadan olub, yazıb yaradıb və orada da dünyasını dəyişib. Sadəcə onların məzarlarını orada yenidən qura bilərik. Çünki o məzarların tərpədilməsinin özü belə günahdır”.


Yazarlar

Top.Mail.Ru
HotLog