Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sabahın HAVASI: Yağmursuz keçəcək

  18
13:25 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

12 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Paralel.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60  faiz olacaq.

 

Azərbaycanın rayonlarına gəldikdə isə, sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

 

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 11-i gündüz, 12-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.


Yazarlar