Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyadan gələn avtobusda qanunsuz mallar aşkarlandı +

  15
13:00 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Setra Kaessbohrer" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Paralel.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14 600 ədəd mobil telefon üçün örtüklər, 6 000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Yazarlar