Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı +

  15
12:30 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ağdaş rayon sakini olan qadın yaşadığı evə piyada gedərkən naməlum şəxsin ona yaxınlaşaraq zor tətbiq etdiyini və içərisində pul, mobil telefon, maaş kartı, kosmetika, digər əşyalar olan çantasını alıb qaçması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Bu haqda Paralel.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.

Onun ötən il dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkarlanıb. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Yazarlar