Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycandan deportasiya halları kəskin azalıb

  22
12:00 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

“Ölkə Prezidentinin 14 iyul tarixli imzaladığı sərəncamla Miqrqsiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə çox əhəmiyyətli dəyişikliklər qüvvəyə minib”.

 

Paralel.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

 

O bildirib ki, bu dəyişikliklər bir çox istiqamətdə öz təsirini göstərib. “Bu dəyişikliklərin üç əsas istiqaməti var. Birincisi, olduğu yerdə qeydiyyatla bağlı dəyişiklik idi. Əvvəlki qanunvericilikdə əcnəbilər 10 gün ölkə ərazisində olduqdan sonra qeydiyyata düşməli idilər.

Yeni qanunvericiliyə əsasən bu müddət 15 günə artırılıb. İkinci vacib məqam budur ki, əvvəlki qanunvericilikdə olan müddəa turizmin təşviqi baxımından sərt bir müddəa idi.

Əcnəbi vətəndaş 3 il ərzində iki dəfə miqrasiya ilə bağlı qanunvericiliyin tələblərini pozardısa, onun ölkəyə girişinə məhdudiyyət tətbiq edilirdi. Yeni qanunvericiliyə əsasən bu müddəaya dəyişiklik edilib. Üçüncü məsələ isə əcnəbilərin hər hansı bir cərimələri və məsuliyyəti olduqda onlara seçim imkanı verilir ki, onların bu cərimələri ölkəni tərk etdikdən sonra da ödəmək imkanları olsun. Bu tədbirlərin nəticəsidir ki, inzibati qaydada kənara çıxarılan, girişi  məhdudlaşdırılan şəxslər və ya deportasiya dediyimiz halların sayında kəskin azalma müşahidə olunub”.


Yazarlar

Top.Mail.Ru
HotLog