Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

  18
11:25 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

2018-ci il ərzində Azərbaycana 2 845 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub.

 

Paralel.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir.

 

V.Hüseynovun sözlərinə görə, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb:

 

“İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşayış üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub”.


Yazarlar

Top.Mail.Ru
HotLog