Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Özünü azərbaycanlılar kimi təqdim edən erməni ailəsi ifşa olundu

  19
10:25 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Almaniyada erməni ailəsinin sığınacaq almaq üçün istifadə etdiyi fırıldağın üstü açılıb.

 

Paralel.az Almaniya KİV-nə istinadən xəbər verir ki, əslən Ermənistandan olan Mkrtçyanlar ailəsi ölkədə oturum izni almağı sürətləndirmək üçün qəsdən özlərini Azərbaycandan gəlmiş Həsənovlar kimi təqdim edib.

 

Ana, ata və 3 azyaşlı uşaqdan ibarət ailə Almaniya rəsmilərinin Azərbaycana, yaxud Ermənistana məsələ ilə bağlı müraciətlərinin uğursuzluqla bitməsinə ümid ediblər. Lakin Azərbaycandan gələn cavab erməni ailəsinin fırıldağının üstünü açıb.

 

Hazırda Mkrtçyanlar ailəsinin Almaniyanın Vorms şəhərindən vətənlərinə deportasiya olunacaqları xəbər verilir.


Yazarlar