Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Evindən oğurluq edilən aparıcı: “Məsələ cənab nazirin diqqətindədir”  

  23
09:40 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən “Araz” FM radiosunun aparıcısı Aygün Akif ölkəyə qayıdıb.

Bu barədə Paralel.az-a danışan A.Akif dəstək olan hər kəsə təşəkkür edib:

“Mənə görə narahat olan tanıyıb-tanımadığım bütün dostlarım,dəstəyinizə görə minnətdaram. Ölkəyə gələn kimi dərhal Polis bölməsinə dəvət olundum. 
Polis əməkdaşları ilə məsələ barədə ətraflı danışdıq. Evə baxış keçirilib”.

 

A.Akif hadisənin daxili işlər naziri Ramil Usubovun diqqətində olduğunu bildirib:

“Mənə bildirildi ki, iş cənab nazirin diqqətindədir və ciddi araşdırılır. Oğruların yaxın zamanda tutulacağına, inanıram”.

 

Xatırladaq ki, oğurluq hadisəsi A.Akif Ukraynaya 3 günlük reklam çəkişilərinə getdiyi vaxt baş verib. A.Akifin anası Kərimova Bahar Talıb qızı yanvarın 8-də 20:00 radələrində evə daxil olarkən evin talandığının fərqinə varıb.


Yazarlar

Top.Mail.Ru
HotLog