Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti bahalaşdı

  22
00:05 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 62,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,86 dollar/barel çoxdur. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,87 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,62 dollar/barel çoxdur.


Yazarlar