Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şadlıq evindən çıxan iki nəfər körpüdən yıxıldı: 1 ölü, 1 yaralı

  17
23:00 10-01-2019
Şriftin ölçüsünü dəyiş  

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Paralel.az "Report"a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

 

Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar