Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Aeroportdan eynək oğurlayan italiyalı siyasətçi yaxalandı

  27
22:10 10-01-2019
Şriftin ölçüsünü dəyiş  

Məşhur italiyalı siyasətçi Françesko Giannuzi Atatürk Hava Limanında eynək oğurlayarkən yaxalanıb. Paralel.az Axar.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə birgə Dubaydan ölkəsinə İstanbula eniş reysi ilə qayıdan Giannuzi elə aeroportda mağazalardan birində 185 avroluq eynəyin pulunu ödəmədən oradan çıxıb və ayaqyoluna gedib.

Ardınca mağaza sahiblərinin polisə məlumat verməsindən sonra siyasətçi saxlanılıb.

İtaliyalı şəxs səhvini etiraf edib və unutqanlıq səbəbindən eynəyin ödənişini etmədiyini, üstəlik həmin eynəyi də ayaqyolunda unutduğunu bildirib.

Daha sonra Giannuzi 50 min türk lirəsi miqdarında cərimə ilə sərbəst buraxılıb.

Olay barədə İtaliyanın İstanbul Baş konsulluğuna da məlumat verilib.


Yazarlar

Top.Mail.Ru
HotLog