Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ağstafada icra başçısının müavinləri, şöbə müdirləri toplandı

  12
18:15 10-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ağstafa rayonunda ötən ilin yekununa dair növbəti hesabat yığıncağı Ağgöl, Böyük Kəsik və Aşağı Kəsəmən kəndlərində keçirildi.

 

Paralel.az xəbər verir ki, tədbirdə başçının müavinləri və aparatının şöbə müdirləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat ilində  kəndlərdə görülmüş və görülməsi zəruri olan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.

 

Xüsusi ilə vurğulandı ki, yeni yaşayış məhəllələrində infrastrukturun yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyev çıxış edərək bildirdi ki, bu il rayonumuz  üçün  daha uğurlu il olacaq.

 

Belə ki, ölkə rəhbərliyinin yüksək qayğısı və müvafiq tapşırıqlarına uyğun olaraq daha böyük sosial infrastruktur layihələr reallaşdırılmaqdadır.

 

Təbii ki, bütün bunlar ağstafalıların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış addımlardır.
Hesabat yığıncağı işgüzar şəraitdə yekunlaşdırıldı.


Yazarlar