Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF  

  18
13:25 19-12-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin dünənki iclasında deputat Siyavuş Novruzov “Ümumi təhsil haqqında” qanun layihəsi haqqında danışarkən orta məktəblərə aid bəzi problümləri gündəmə gətirib.

O bildirib ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir.

“Şagirdləri bu qədər yükləmək olmaz!” deyən Siyavuş Novruzovun sözlərinə görə, bugünkü məktəblilərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq: 

“Çünki əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz. Artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar. Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”. 


Maraqlıdır ki, illərdir bu məsələ ətrafında fikirlər səsləndirilir. Amma nəticə dəyişmir.

Təhsil eksperti Etibar Əliyev də Paralel.az-a açıqlamasında problemin neçə illərdir ki, gündəmə gətirildiyini bildirib:

“Amma nə çantaların çəkisi, nə də dərs yükü azalır. Çantanın çəkisinin azalmamasının səbəbi dərs yükünün məzmunun çətinliyi ilə bağlıdır. Bu yaxınlarda jurnalların birində  təhsil sistemi ilə bağlı məqalə oxudum. Məqalə İtaliya təhsil sisteminə həsr olunmuşdu. Həmin hissədə valideynlər çantaların ağırlığından narazılıqlarını dilə gətiriblər. Təsəvvür edin: İbtidai təhsil pilləsində çantanın çəkisi  11 kq-a yaxın olur və uşaqlar heç vaxt məktəbə tək gedə bilmirlər. Mütləq valideynlər çantaların daşınmasına kömək edir. Görünür, bu problem Avropa İttifaqının üzvü olan İtaliyada da mövcuddur. Hər halda, İtaliya təhsili ilə Azərbaycan təhsilinin  keyfiyyətində xeyli fərqlər var”.

Etibar Əliyev dərslərin ağırlığından danışarkən müəlliflərə də səslənib:

“Dərslik müəllifləri dərslikləri kurikulum sisteminə istinad etməməlidir. Dərsliklərin çətinliyi zamanı kurikulum bəhanə olmamalıdır. Kurikulumda qoyulan bacarıqlar heç də çantanın ağırlığı ilə düz mütənasib olmamalıdır. Professional dərslik müəllifləri fənlər üzrə bacarıqları lakonik və aydın  şəkildə dərc edə bilərlər. Sadəcə, çantanın çəkisi artdıqca təhsilin keyfiyyəti aşağı düşməməlidir. Əksinə çantanın çəkisi azaldıqca təhsilin keyfiyyəti yüksəlməlidir”.
 

Təhsil eksperti ibtidai siniflərdə hazırlığa gedən şagirdlərlə bağlı danışarkən müəllimlərin rolunu istisna etməyib:

“Kurikulum sisteminin kəmiyyətə yox,  keyfiyyətə xidmət etməsinin əsas səbəbkarlarından biri də müəllimlərdir. Müəllimlər “mütləq hazırlıq keçmək lazımdır” deyib valideynləri qorxudurlar. “Orta ümumtəhsil haqqında qanun” qəbul hazırlanıb. Həmin qanunun elə müddəları var ki, orada repetitor xidmətinin aşağı salınması düşünülüb. Həmçinin, dərsliklərin həcmini böyütməyə ehtiyac yoxdur. Daha yaxşı formada məntiqi və kəsə yollarla mənimsənilmə  axtarılmalıdır. Əgər bu olmayacaqsa, düşünürəm ki, elə çantanın çəkisi də ağır qalacaq”.


Yazarlar