Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Güloğlan Cabbarov: “Azərbaycan Kikboksinq Federasiyası bu xətti uğurla davam edirir”  

  13
16:15 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

24-26 dekabr tarixində Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Boks Arenasında “BAKU OPEN-2018” kikboksinq çempionatı keçiriləcək. Turnirin qala və final gecəsi 26 dekabr 19:00 tarixində baş tutacaq.

Bu barədə məlumatı Modern.az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov verib.

“Dünya arenasında daha böyük və güclü peşəkar və həvəskar kikboksinq turniri təşkil edəcəyik. Əsas məqsədimiz Azərbaycan kikboksçularını dünyada tanıdılmasına nail olmaqla yanaşı, hər il dünyanın ən güclü kikboksçularını Bakıda görməkdir. Həm də ölkəmizi təbliğ etməkdir. Bu gün ölkəmizin təbliğatında idman böyük rol oynayır. Federasiya prezidenti, millət vəkili Adil Əliyev çıxışlarında da ölkəmizin təbliğatını xüsusi diqqətdə saxlanılmasının vacibliyini bildirir. Azərbaycan Kikboksinq Federasiyası bu xətti uğurla davam edirir. Bu gün kikboksçularımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu turnirlər onların peşəkarlaşmasına xidmət edir. Bütün dostlarımızı, idmansevərləri həmin tədbirdə görmək istəyirik. Açılış mərasimində incəsənət xadimlərimiz yaxından iştirak edəcəklər. İndidən hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

 Elnur Eltürk


Yazarlar