Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Aeroporta gedən avtobusların görünüşü dəyişdirildi – FOTO +

  13
16:15 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

“28 May” – hava limanı istiqamətində hərəkət edən ekspress avtobusların xarici tərtibatında dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, avtobusların üzərində paytaxtdakı tarixi və müasir meamrlıq nümunələrinin fotoları əks olunub.

 

Yeni tərtibatı fərqli edən digər bir məqam isə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərinin bəzilərinin fotolarının təqdim olunmasıdır. Avtobusun tərtibatı ilə yanaşı “Aeroport Express” xidmətinin loqosu da dəyişib.

 

Qeyd edək ki, ekspress xətt üzrə Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb.

 

Hava limanı-28 May ekspress xətt avtobusları 30 dəqiqəlik intervalla 24 saat fəaliyyət göstərir. Xətt üzrə avtobuslar aralıq dayanacaq olaraq yalnız metronun “Koroğlu” stansiyasının qarşısındakı dayanacaqda saxlayır.

 

Avtobuslarda gediş haqqı 1.30 AZN- dir. Ödəniş BakıKart vasitəsi ilə həyata keçirilir. Hava limanı ekspress xətti ilə bağlı ətraflı məlumatları aeroexpress.az saytından əldə etmək mümkündür.


Yazarlar