Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vəziyyət ruscadır?..  

  15
11:50 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Firuz Mustafa

Adamlar rus dilində təhsilə niyə üstünlük verirlər?

Qəribədir. Çox qəribədir. Bəlkə də heç qəribə deyil və demək istədiklərim dialektik bir prosesin məntiqi nəticəsidir.
Bilənlər bilir, uzun illər elmi-tədqiqat müəssisələrində çalışmışam. O zaman demək olar ki, bütün təsisatlarda yazı və sənədləşmə işlərinin çoxu rus dilində aparılırdı. İclaslar da o cümlədən...

İmkanım daxilində bu tendensiyaya qarşı müqavimət göstərmişəm. Təbii, indi bu məsələrə görə özünütərifə ehtiyac yoxdur. 
Hətta, dilimizə olan sayğısızlığa görə az qala bir çoxları ilə savaşa çıxmışam. Bu da öz yerində. Məni ən çox ağrıdan isə həmin o “bir çoxların” bir vaxtlar dilimizi ələ salması, alçaltması, aşağılaması, istehza mənbəyinə çevirməsi olub.

Bəli, indi vəziyyət dəyişib. Yəni sözün müəyyən mənasında vəziyyət bir az da “ruscadır”... Nə mənada?
İndi baxıb görürəm ki, vaxtilə dilimizdə bir kəlmə söz danışa bilməyənlərin bir çoxu, maşallah, indi bülbül kimi ötür, bir qismi isə danışmağa cəhd göstərir.

Yaxşıdır. Bəyənilsin...

O günləri vaxtilə dilimizə ağız büzənlərdən, yəni həmin o “bir çoxlardan” biri yolda rastıma çıxdı. Zarafatyana ondan soruşdum ki, kak dela, brat? Elə bil zalım oğlunun gözünə, daha doğrusu dilinə ilan vurdu. Əsəbi halda dedi:

-“Brat” nedür, “kak dela” nədür, alə? Biz ne vaxtacan bu rusun dilinden el çekmiyecüyük? Nöş öz dilimize laqeyüt qaluruq?

Dedim ki, sağ ol, brat.

Əyri-əyri mənə baxıb başını buladı və yoluna davam etdi..
.
Bu zarafatyana girişdən sonra keçirəm əsl mətləbə.

Bəli, son vaxtlar bizdə rus məktəblərinə axın artıb. Hərə bunun səbəbini bir cür izah edir. Mən isə səbəbin iki “mənbəyini” nişan verəcəm.

Adamlar rus dilində təhsilə niyə üstünlük verir?

Birincisi, bizdə az qala bütün idarə və müəssisələrdəkimisə işə götürərkən ilk sual belə olur: ingilis və rus dillərini bilirsənmi? 
İkincisi, burada iş tapmaqdan ümidini üzənlər gələcəkdə qonşu regiona, yəni Rusiyaya üz tutmaq niyyəti ilə bu dilin öyrənilməsinə üstünlük verirlər. Vəssalam.

Bəli, vəziyyət ruscadır.

 


Yazarlar