Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verdi

  14
18:20 21-11-2018
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Modern.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Yazarlar