Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 

  15
15:00 18-11-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, qadın qruplarında birinci yeri Rusiyadan olan gimnastlar Darya Çebulanka, Anastasiya Parşina və Kseniya Zaqoskina, ikinci yeri Belarus təmsilçiləri Yuliya İvonçik, Veronika Nabokina və Karina Sandoviç, üçüncü yeri isə Hindistan idmançıları - Ayuşi Qodesvar, Praçi Parkxi və Mrunmayi Valde tutublar.

Kişi cütlükləri arasında birinci yeri Rusiya təmsilçiləri Timofey İvanov və Maksim Karavayev, ikinci yeri Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov, üçüncü yeri isə Qazaxıstan idmançıları Daniel Dil və Vadim Şulyar tutublar.

Qadın cütlükləri arasında "qızıl" medalı Rusiya təmsilçiləri Yasmin İşankulova və Diana Korotayeva, "gümüş" medalı Ukrayna gimnastları Yuliya Pilioyak və Aleksandra-Mariya Tabaçinskaya qazanıblar.

"KİV nümayəndələrinin rəğbəti" mükafatını Hindistan təmsilçiləri Avicit Debnat və Tinku Sarkar qazanıblar.

Ən yüksək bala görə mükafatı Qazaxıstan gimnastları Nikita Amoskin və Anastasiya Dolqanyuk alıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.


Yazarlar