Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan hesabı açdı - YENİLƏNİR

  13
21:30 17-11-2018
Şriftin ölçüsünü dəyiş  

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda hesabı açdı. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 18-ci dəqiqəsində Dmitri Nazarov topu Farer Adaları yığmasının qapısından keçirib. Hazırda oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinədir.

 

Qeyd edək ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.


Yazarlar