Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

  18
21:50 15-11-2018
Şriftin ölçüsünü dəyiş  

“14 noyabr axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib”. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Qurum rəsmisinin sözlərinə görə, tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb:

"Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir. Əvvəlcədən müvafiq qurum tərəfindən məlumatlandırma aparılmadığından körpü üzərində hərəkət məhdudlaşdırılıb və nəticədə qeyd edilən problemlər yaranıb".

 

M.Ağayev xatırladıb ki, qurumun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018 tarixli fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Bakı Nəqliyyat Agentliyinə məlumat verilməlidir.

 

Qeyd edək ki, 1 ilə yaxındır sözügedən ərazidəki təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.


Yazarlar